Ukrayna Hərbi Dəniz Qüvvələrinin qeyd etdiyi kimi, Rusiyanın Qara dəniz donanması artıq “sualtı donanmaya çevrilib”...
Rusiya ilk dəfə olaraq eyni vaxtda qanadlı raketlərin daşıyıcısı olan üç sualtı qayığı dənizə buraxıb.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə mediaya iyulun 29-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk məlumat çatdırıb.
Hərbi Dəniz Qüvvələrinin sözçüsü internetdə yazıb: “Düşmən ilk dəfə olaraq qanadlı raketlərin daşıyıcısı olan üç sualtı qayığı dənizə buraxıb”.
"Bəzən Qara dəniz donanması sualtı donanma adlanır. İndi bu, gerçəkdir",- deyə Pletençuk əlavə edib.
Yeri gəlmişkən, bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski dəniz dronlarının Rusiyanın Qara Dəniz Donanmasının təxminən üçdə birinin batması barədə məlumat vermişdi. Buna görə də ruslar “Ukraynanın bir sıra hücumlarından sonra işğal olunmuş Krımdakı Sevastopol limanından tamamilə geri çəkilməyə” məcbur olublar...